Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı son bir ildə 0,4 faiz azalıb

Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı son bir ildə 0,4 faiz azalıb
# 18 yanvar 2023 19:27 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 dekabr 2022-ci il tarixinə investisiya portfelinin 68,6%-ni ABŞ dolları təşkil edib (2021-cu ilin yekunlarına görə, bu göstərici 69% olub – red.).

"APA-Economics"in Neft Fondunun 2022-ci ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci il 31 dekabr tarixinə avro ARDNF-in investisiya portfelinin 20,4%-ni, funt sterlinq – 5,2%-ni, Avstraliya dolları – 0,6%-ni, Türkiyə lirəsi – 0,4%-ni, Rusiya rublu – 0,3%-ni, Çin yuanı – 1,1%-ni, Yaponiya yeni – 1,3%-ni, digər valyutalar isə 2,1%-ni təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 5 444,9 mln. dollarlıq hissəsini (12,1%) qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, ARDNF-in cəmi investisiya portfeli 49 032,71 mln. dollara çatıb.

ARDNF-ın investisiya portfelinin 2022-ci il üçün toplam gəlirliyi -5,16% təşkil edib (istiqrazlar və pul bazarı alətləri üzrə 2,37%, səhmlər üzrə 3,34%, daşınmaz əmlak üzrə mənfi 0,55%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR