Neft-qaz sektoru üzrə 2.9 mlrd. ABŞ dolları kəsir yaranıb

Neft-qaz sektoru üzrə 2.9 mlrd. ABŞ dolları kəsir yaranıb
# 15 sentyabr 2022 16:37 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.9 mlrd. ABŞ dolları kəsir, qeyri-neft sektoru üzrə isə 0.3 mlrd. dollar profisit olub.

APA-Economics” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir 4.8 dəfə artaraq 2.6 mlrd. dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4 mlrd. dollar olub. Bunun 83.1%-i 3.3 mlrd. dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib.

Bu məbləğin isə əsas hissəsini (2.9 mlrd. dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.8 mlrd. dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (168.3 mln. dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (150.1 mln. dollar) və digər ödənişlər (118.5 mln. dollar) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR