NFP göstəricisinin zəif çıxmasına baxmayaraq dollar bahalaşır - "InvestAZ”dan həftəlik analiz

NFP göstəricisinin zəif çıxmasına baxmayaraq dollar bahalaşır - "InvestAZ”dan həftəlik analiz
# 05 sentyabr 2022 11:47 (UTC +04:00)

NFP göstəricisinin zəif çıxmasına baxmayaraq dollar bahalaşır.

"APA-Economics" xəbər verir ki, InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Ötən cümə zəif açıqlanan NFP göstəricisi qarşısında müvəqqəti ucuzlaşan dollar indeksi hal-hazırda bahalaşmaqda davam edir.

Rusiyanın “Qazprom” şirkətinin Avropaya qaz nəqlini dayandırması, avrozonada iqtisadi çətinliklərin dərinləşəcəyini ehtimal etməyə imkan verir.

Çərşənbə günü saat 10.00-da Almaniyada açıqlanacaq ÜDM dair statistik rəqəmlər investorların diqqət mərkəzindədir. Cümə axşamı günü saat 16.15-də Avropa Mərkəzi bankı faiz qərarını açıqlayacaq. Təhlillərə əsasən, dollar indeksindəki yüksəliş davam edərsə, EURUSD məzənnəsi 0.9700 hədlərinə qədər ucuzlaşa bilər.

GBP.

GBPUSD məzənnəsi də keçən həftə dollar qarşısında dəyər itirməkdə davam etdi. İlin sonuna inflyasiyanın 20 faizədək qalxacağı ehtimalı var. Dollar indeksindəki tendensiya davam edəcəyi təqdirdə GBPUSD məzənnəsindəki eniş tendensiyası 1.14$-a kimi davam edə bilər.

Bu gün Britaniyada yeni baş nazirin adı açıqlanacaq.

TRY.

Ötən həftə 18.25TL hədlərinə kimi yüksələrək son bir ilin maksimumlarını test edən USDTRY məzənnəsində artım tendensiyası davam edir. Hazırda 18.19TL hədlərində ticarət olunan USDTRY cütlüyündə 18.21TL səviyyəsi qırılacağı təqrdirdə tarixi maksimumlar növbəti dəfə test edilə bilər.

OIL.

Ötən həftə 93.30$ hədlərinə qədər ucuzlaşsa da, “Brent” nefti dəstək səviyyəsi 93$ qiymətindən geri qayıtdı. 96$ səviyyəsindəki dəstək həddi qırılacağı təqdirdə, artım tendensiyası davam edə bilər.

Bu gün saat 14.00-da “OPEK+” toplantısı başlayır. Cümə axşamı saat 19:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Qızıl ötən həftə 1680$-a kimi ucuzlaşsa da, yenidən 1716$ hədlərinə kimi irəlilədi. Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl 1705$-a (53.26$/qram) kimi ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR