Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 54%-dən çox artıb

Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 54%-dən çox artıb
# 02 avqust 2022 17:08 (UTC +04:00)

2022-ci ilin 6 ayı әrzindә ölkә daxilindә ödәniş kartları ilә aparılmış әmәliyyatların ümumi hәcmi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә 54.5% artaraq 24.6 mlrd. manat, o cümlәdәn nağdsız ödәnişlәrin hәcmi 2.2 dәfә artaraq 9.9 mlrd. manat olub.

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, ödәniş kartları ilә aparılmış ölkәdaxili әmәliyyatlarda nağdsız hesablaşmaların xüsusi çәkisi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә 12.2% bәndi yüksәlәrәk 40.4%-ә bәrabәr olub. Ölkәdә ödәniş kartları ilә aparılan nağdsız ödәnişlәrin böyük hissәsi elektron ticarәt әmәliyyatlarının payına düşüb. 2022-ci ilin 6 ayı әrzindә ölkәdaxili elektron ticarәt әmәliyyatlarının sayı ötәn ilin analoji dövrü ilә müqayisәdә 2.3 dәfә artaraq 105 mln. әdәd, hәcmi isә 2.8 dәfә artaraq 7.4 mlrd. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR