Ölkədaxili nağdsız əməliyyatların həcmi 2,5 dəfə artıb

Ölkədaxili nağdsız əməliyyatların həcmi 2,5 dəfə artıb
# 26 sentyabr 2022 17:51 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə artıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 mlrd. 235 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 mlrd.708 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 524 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib.

Məlumata görə, avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45%-ni təşkil edib. Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 4.1%, POS terminalların sayı 23% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR