Ölkədə nağdsız əməliyyatların həcmi artıb

Ölkədə nağdsız əməliyyatların həcmi artıb
# 24 may 2022 16:14 (UTC +04:00)

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə artıb.

"APA-Economics" Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

2022-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1,659 mln manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1,270 mln manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 387 mln manatı POS-terminallar vasitəsilə həyata keçirilib.

Mart ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 41.1%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR