Ötən ay Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi 8% azalıb

Ötən ay Azərbaycanda əcnəbilərin bank kartı ilə apardığı əməliyyatların həcmi 8% azalıb
# 31 may 2023 16:41 (UTC +04:00)

2023-cü ilin yanvar-aprel aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər xarici maliyyə institutlarının ödəniş kartları ilə 677,9 milyon manat, yalnız aprel ayında isə 126 milyon manat dəyərində əməliyyat aparılıb.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1.2% və ya 8.4 milyon manat, 2022-ci ilin aprel ayı ilə müqayisədə isə 7.8% və ya 10.6 milyon manat azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR