Ötən ay Azərbaycanın sığorta bazarı 24% böyüyüb

Ötən ay Azərbaycanın sığorta bazarı 24% böyüyüb
# 27 mart 2023 15:25 (UTC +04:00)

Fevral ayında Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 24% artaraq 221,067 milyon manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 81% artaraq 70,514 milyon manata bərabər olub.

Ödənişlərin yığımlara nisbətən kəskin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən il toplanmış hər 100 manat sığorta haqqının 21,8 manatı ödənişə yönəldilibsə, bu ilin fevral ayında bu rəqəm 32 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR