Ötən il avtomobillərin icbari sığortasının zərərliliyi 7%-ə yaxın artıb

Ötən il avtomobillərin icbari sığortasının zərərliliyi 7%-ə yaxın artıb
# 26 yanvar 2023 12:44 (UTC +04:00)

2022-ci ildə Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 113,843 milyon manata yüksəlib.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu da 2021-ci illə müqayisədə 14,3% və ya 14,3 milyon manat çoxdur.

Belə ki, 2021-ci ildə 99,566 milyon manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 90,280 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21,8% və ya 16,2 milyon manat çoxdur. 2021-ci ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 74,098 milyon manat olmuşdu.

Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 6,5% artırıb. Belə ki, 2021-ci ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 74,4 manatını ödənişə yönəltmişdirsə, ötən il bu rəqəm 79,3 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR