Ötən il Azərbaycan bank sektorunun xalis mənfəəti 50% artıb

Ötən il Azərbaycan bank sektorunun xalis mənfəəti  50% artıb
# 25 yanvar 2023 14:56 (UTC +04:00)

Azərbaycanın bank sektoru 2022-ci ildə 914,4 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 50% çoxdur.

Bu dövrdə bankların əməliyyat mənfəəti 45,7% artaraq 1371,3 milyon manata, xüsusi ehtiyatlara ayırmaları 16,1% artaraq 195,5 milyon manata çatıb.

Sektorun gözlənilməz xərcləri 0,1 milyon manat, mənfəət vergisi ödəmələri isə 261,4 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR