Ötən il Azərbaycan əczaçılıq məhsulları idxalını 23,5% artırıb

Ötən il Azərbaycan əczaçılıq məhsulları idxalını 23,5% artırıb
# 30 yanvar 2023 16:56 (UTC +04:00)

2022-ci ildə Azərbaycana 652 mln. 952 min dollar dəyərində əczaçılıq məhsulları idxal olunub.

“Apa-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2021-ci illə müqayisədə 23,5% və ya 124 mln. 370 min dollar çoxdur. 2021-ci ildə Azərbaycana 528 mln. 566 min dollar dəyərində əczaçılıq məhsulları idxal olunub.

Qeyd edək ki, ötən il əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4.49%-ni təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR