Ötən il Azərbaycanda bankların likvid aktivləri artıb

Ötən il Azərbaycanda bankların likvid aktivləri artıb
# 16 mart 2023 15:51 (UTC +04:00)

2022-ci il ərzində bankların likvid aktivləri 24% və ya 3.3 milyard manat artaraq 17.2 milyard manata çatıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankının “Maliyyə Sabitliyi” hesabatına istinadən xəbər verir ki, likvid aktivlərin cəmi aktivlərdə payı 0.5% faiz bəndi artaraq 36.6%-ə çatıb.

Qeyd edək ki, likvid aktivlərin 31%-i dövlət qiymətli kağızları, 29%-i nostro hesablar, 29%-i Mərkəzi Bankda müxbir hesablar, 11.4%-i isə nağd vəsaitlərdə cəmləşib. Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 3 dəfədən çox üstələyir və hüquqi şəxslərin tələbli depozitlərinin 88%-i əhatə edir.

Xatırladaq ki, il ərzində likvid aktiv kimi saxlanılan dövlət qiymətli kağızların həcmi 81% artaraq 5.4 milyard manat təşkil edib və likvid aktivlərdə xüsusi çəkisi isə 10 faiz bəndi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR