Ötən il Azərbaycanın ABŞ-a ixracı iki dəfə artıb

Ötən il Azərbaycanın ABŞ-a ixracı iki dəfə artıb
# 29 yanvar 2022 15:13 (UTC +04:00)

Ötən il Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin həcmi 517,559 mln. ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 21,7% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkənin ABŞ-a ixracı 2 dəfə artaraq 75,147 mln. dollar, idxalı isə 30,4% azalaraq 442,411 mln. dollar təşkil edib.

Nəticədə, 2021-ci ildə Azərbaycanın ABŞ ilə ticarətində 367,264 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da 2020-ci il ilə müqayisədə 39,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR