Ötən il Azərbaycanın MDB ölkələrinə ixracı 37% artıb

Ötən il Azərbaycanın MDB ölkələrinə ixracı 37% artıb
# 28 yanvar 2022 11:40 (UTC +04:00)

Ötən il Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 14,8% artaraq 4,718 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi 2020-ci il ilə müqayisədə 37,1% artaraq 1,791 mlrd. dollar, idxal isə 4,5% artaraq 2,927 mlrd. dollar təşkil edib.

Nəticədə, 2021-ci ildə 1,135 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci il ilə müqayisədə 24,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR