Ötən il “AZSIĞORTA” kiçilib və ili 2 milyon manat zərərlə başa vurub

Ötən il “AZSIĞORTA” kiçilib və ili 2 milyon manat zərərlə başa vurub
# 29 mart 2023 10:25 (UTC +04:00)

"AZSIĞORTA" ASC ötən il mənfəətdən zərərə keçib. Sığorta şirkəti 2022-ci ili 2 milyon 1441 manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildə 757 min 783 manat xalis mənfəət açıqlamışdı.

"APA-Economics" bu barədə sığorta şirkətinin 2022-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “AZSIĞORTA” ASC nın əsas əməliyyat gəlirləri 2021-ci illə müqayisədə 11.3% azalaraq 11 milyon 200,2 min manat, birbaşa toplanan sığorta haqqları 2.8% azalaraq 10 milyon 899,6 min manat təşkil edib.

Bu dövrdə sığorta şirkətinin investisiya gəlirləri 12.8% azalaraq 2 milyon 749,4 min manata enib, subroqasiya gəlirləri 4.4 dəfə artaraq 345.8 min manata yüksəlib, sair gəlirləri isə 89% artaraq 1 milyon 140 min manata çatıb. “AZSIĞORTA” ASC cəmi gəlirləri 14 milyon 526 min manat təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 13.3% azdır.

Hesabat dövründə sığorta şirkətinin əsas əməliyyat xərcləri 23.5% artaraq 11 milyon 269 min manata, o cümlədən sığorta ödənişləri 28.1% artaraq 9 milyon 438.7 min manata, təkrarsığortaya verilmiş sığorta haqqları üzrə xərclər 6.8% azalaraq 1 milyon 415.4 min manata, işləri aparılması xərcləri 10.3% azalaraq 5 milyon 821.1 min manata bərabər olub. “AZSIĞORTA” ASC-nin cəmi xərcləri isə 17 milyon 54.2 min manat olub ki, bu da 2021-ci ilə nisbətən 7.8% çoxdur. Başqa sözlə, sığorta şirkətinin cəmi xərcləri cəmi gəlirlərini üstələdiyindən şirkətin maliyyə zərəri 2,5 milyon manata çatıb. 2021-ci ildə isə sığorta şirkəti 947.2 min manat maliyyə mənfəəti əldə etmişdi.

Cari ilin yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 9.2 % azalaraq 34 milyon 577 manata, cəmi kapitalı 12.6% azalaraq 15 milyon 557 min manata enib. Sığorta şirkətinın cəmi öhdəlikləri 6.2% azalaraq 19 milyon 20.5 min manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR