Ötən il sosial-iqtisadi inkişaf strategiyasının icrası üçün maliyyələşdirilməyən məbləğ açıqlanıb

Ötən il sosial-iqtisadi inkişaf strategiyasının icrası üçün maliyyələşdirilməyən məbləğ açıqlanıb
# 17 mart 2023 11:21 (UTC +04:00)

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planında nəzərdə tutulan layihələr üzrə ötən il ərzində ümumilikdə 782,5 mln. manatın 639,3 mln. manatı maliyyələşdirilib.

APA-Economics” xəbər verir ki, bunun bağlı məlumat Nazirlər Kabinetinin 2022-ci il fəaliyyəti haqqında hesabatında bildirilib.

“Qeyd olunan məbləğdə nəqliyyat üzrə 579,6 mln. manat, su ehtiyatları və irriqasiya üzrə 90,9 mln. manat, kommunal sahə üzrə 35,1 mln. manat, digər sahələr üzrə 77 mln. manat nəzərdə tutulub”, - deyə hesabatda bildirilib.

Həmçinin ötən ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə işğaldan azad olunmuş ərazilərdə avtomobil və dəmir yolu infrastrukturunun tikintisi, bərpası və yenidən qurulması layihələri üzrə ümumilikdə ayrılmış 467 mln. manat tam həcmdə maliyyələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR