Ötən il Türkiyə iqtisadiyyatı 5.6% böyüyüb

Ötən il Türkiyə iqtisadiyyatı 5.6% böyüyüb
# 28 fevral 2023 13:57 (UTC +04:00)

2022-ci ildə Türkiyədə ümumi daxili məhsul(UDM) istehsalı 5.6% böyüyərək 15 trilyon 6 milyard 574 milyon TL və ya 905 milyard 501 milyon dollar təşkil edib.

APA-Economics” Türkiyə Statistika Qurumuna(TUİK) istinadən xəbər verir ki, ötən il Türkiyədə adam başına düşən UDM istehsalı 178 min 589 TL və ya 10 min 655 dollara bərabər olub.

Qeyd edək ki, ötən il Türkiyədə maliyyə və sığorta sektoru 21.8%, xidmət sektoru 11.7%, sənaye isə 3.3% böyüyüb.

Xatırladaq ki, 2022-ci ildə məhsul və xidmət ixracı 9.1%, idxalı isə 7.9% artıb.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR