Özəlləşdirilmə vəsaitlərindən istifadə qaydası dəyişib

Özəlləşdirilmə vəsaitlərindən istifadə qaydası dəyişib
# 19 may 2022 18:14 (UTC +04:00)

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitindən istifadə qaydası dəyişib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu vəsaitdən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi texniki bazasının möhkəmləndirilməsi üçün də istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR