"Pakistan Milli Bankı"nın Bakı filialının zərəri kəskin artıb

"Pakistan Milli Bankı"nın Bakı filialının zərəri kəskin artıb
# 22 aprel 2022 15:38 (UTC +04:00)

Bu ilin I rübündə "Pakistan Milli Bankı"nın Bakı filialının xalis zərəri 221,66 min manat təşkil edib.

"APA-Economics"in bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, maliyyə qurumunun xalis zərəri ötən ilin eyni rübü ilə müqayisədə 3,2 dəfə artıb. Hesabat dövründə "Pakistan Milli Bankı"nın xalis faiz gəlirləri 2,3 dəfə azalaraq 48,24 min manata enib. Xalis qeyri-faiz zərəri isə 274,52 min manata bərabər olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 44% çoxdur.

Qeyd edək ki, bu ilin martın 31-nə "Pakistan Milli Bankı"nın Bakı filialının cəmi aktivlərinin həcmi 9,34 mln. manat, öhdəliklərinin 442,41 min manat, balans kapitalının həcmi isə 8,895 mln. manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə aktivlərinin həcmi 7,6%, öhdəliklərin həcmi 31,8% azalıb, cəmi kapital isə dəyişməz olaraq qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR