Palata sədri: AAO Dayanıqlı İnkişaf Məqsədləri üzrə təşəbbüsləri dəstəkləyirik

Palata sədri: AAO Dayanıqlı İnkişaf Məqsədləri üzrə təşəbbüsləri dəstəkləyirik
# 23 may 2023 11:30 (UTC +04:00)

Azərbaycan Hesablama Palatası olaraq beynəlxalq cəmiyyətdə, o cümlədən Ali Auidit Orqanı (AAO) cəmiyyətində Dayanıqlı İnkişaf Məqsədləri üzrə təşəbbüsləri aktiv şəkildə dəstəkləyirik.

"APA-Economics" xəbər verir ki, bunu ASOSAI Dayanıqlı İnkişaf Məqsədlərinə dair İşçi Qrupun İllik İclasında Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, qeyd edilən məsələləri nəzərə alaraq Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri üçün inteqrasiya edilmiş milli maliyyələşmə çərçivələri və Ali Audit Orqanlarının rolu” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun təşkili nəzərdə tutulur. Tədbirin BMT ilə birbaşa əlaqəli olmasını düşünərək tədbirin BMT günü kimi qeyd olunan əlamətdar bir tarixdə – 24 ktyabr 2023-cü il tarixində keçirilməsini qərara alınıb.

"Tədbirin hökumət, parlament təmsilçiləri ilə yanaşı beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpuslarının, həmçinin beynəlxalq AAO icmasında Dayanıqlı İnkişaf Məqsədlərin icrası istiqamətində auditi həyata keçirən və təcrübəyə malik bəzi xarici ölkələrin AAO-larının və AAO-ların beynəlxalq təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilməsi və buna uyğun olaraq müəyyən ediləcək mövzular üzrə panel müzakirələrin aparılması nəzərdə tutulur. Biz bu dialoqun ölkəmizdə və beynəlxalq müstəvidə müsbət nəticələrinin olmasına inanırıq" -Vüqar Gülməmmədov əlavə edib .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR