Parlamentdə tibb müəssisələrinə fərqli vergi mexanizmi tətbiq olunması məsələsi qaldırılıb - VİDEO

Parlamentdə tibb müəssisələrinə fərqli vergi mexanizmi tətbiq olunması məsələsi qaldırılıb - VİDEO
# 02 dekabr 2022 13:16 (UTC +04:00)

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi ilə bağlı səhiyyə müəssisələri ilə əlaqədar problemi gündəmə gətirmək istəyirəm. Azərbaycanda çox ciddi səhiyyə islahatları aparılır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin komitə sədrinin müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiq edilməsi ilə birlikdə dövlət və özəl tərəfdaşlar arasında münasibətlər yaranıb: “Amma bir problem ortaya çıxır. Ölkəmizdə hazırda fəaliyyət göstərən tibb müəssisələri arasında bərabərlik təmin edilmir. Tibb müəssisələri ölkəmizdə hazırda 4 şəkildə fəaliyyət göstərir. TƏBİB-in nəzdində olan xəstəxanalar və tibb müəssisələri, Səhiyyə Nazirliyinin tərkibində olan Tibb Universiteti də daxil olmaqla, institutlar, özəl xəstəxanalar, bununla yanaşı fərqli-fərqli nazirliklər nəzdində olan tibb müəssisələri var. Qanunvericilikdə olan dəyişikliklərə əsasən, ƏDV-lər arasında ciddi fərqlər var. Bir qurum ƏDV-ni 1 % həcmində ödəyir, bir qurum özəl təşkilat kimi mənfəət vergisindən azaddır. Arada 1 %-dən 38 %-ə qədər dəyişən ciddi fərqlər əmələ gəlir. Bu fərqlər ölkədə bu gün görülən işə ciddi maneələr yaradır. Bu, dövlət-özəl tərəfdaşlığına ciddi maneədir. Ona görə mən çox xahiş edirəm ki, bu fərqləri aidiyyəti qurumlar aradan qaldırsın, bu məsələnin həll yolları tapılmalıdır. Ölkənin müvafiq orqanı tərəfindən səlahiyyət verilən bütün qurumlar eyni fəaliyyətlə məşğul olursa, onlara tibb müəssisəsi adı altında qiymət verilsin”.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev isə qeyd edib ki, səhiyyə müəssisələri ilə bağlı konkret müzakirələr aparmaq istəyən olsa, İqtisadiyyat Nazirliyi buna hazırdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR