“PAŞA Bank ilə başla” script layihəsinin 20 iştirakçısı iş təklifi alıb

“PAŞA Bank ilə başla” script layihəsinin 20 iştirakçısı iş təklifi alıb
# 24 may 2022 12:12 (UTC +04:00)

Əlilliyi olan şəxslərin peşəkar inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək vermək məqsədilə keçirilən “PAŞA Bank ilə başla” layihəsi başa çatıb.

"APA-Economics" xəbər verir ki, "PAŞA Bank”ın təşkilatçılığı ilə həyata keçirilən ƏƏSMN və ADA Universitetinin dəstəklədiyi layihəyə qeydiyyat 2021-ci ilin iyun ayından başlayıb.
“PAŞA Bank”, ƏƏSMN, “Synergy Partnership”, ADA Universitetinin nümayəndələrindən ibarət münsiflər heyəti qeydiyyatdan keçən 300-ə yaxın əlilliyi olan şəxslə müsahibə edib. Onlardan 104 nəfəri müsahibədən uğurla keçib, 88 nəfər layihədə iştirakını təsdiqləyib. İştirakçılardan 83 nəfəri “Soft skills”, 79 nəfəri isə “Hard skills” təlimlərinə qatılıb. 68 nəfər imtahanlarda uğurlu nəticə göstərib. Müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 100 nəfər layihədə iştirak etmək hüququ qazanıb.

Təlimlər ADA Universitetində keçirilib. İştirakçıların rahatlığını təmin etmək məqsədi ilə xüsusi nəqliyyat vasitələri ayrılıb. Onlar əvvəlcə “Soft skills” təlimlərində iştirak ediblər. “Komanda quruculuğu”, “Vaxtın idarə edilməsi”, “Networking”, “Stressin idarə edilməsi” kimi təlimlərdə isə iştirakçılara iş prosesində önəmli olan bacarıqlar tədris olunub.
Növbəti mərhələdə onlar öz seçimləri əsasında “Qrafik dizayn”, “Rəqəmsal marketinq”, “Help desk”, “SQL proqlaşdırma”, “Çağrı mərkəzi” istiqamətlərindən biri üzrə peşəkar mütəxəssislərin təlimlərində iştirak etmək şansı qazanıblar.

Həmçinin “DOST Agentliyi” ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan şəxsləri maraqlandıran mövzularda sessiyalar təşkil edilib.
Təlimlər yekunlaşdıqdan sonra iştirakçıların işlə təmin edilməsinə dəstək məqsədi ilə “PAŞA Bank”, “Kapital Bank”, “Azercell”, “GDG Professionals” kimi şirkətlərin İnsan Resursları departamentlərinin direktorları və nümayəndələri ilə görüşlər keçirilib. Bu görüşlərdə müsahibələrdə uğur qazanmağın sirləri ilə bağlı tövsiyələr verilib.

Bununla yanaşı, layihə çərçivəsində aparıcı şirkətlərlə danışıqlar aparılaraq iştirakçıların “CV”ləri məlumat bazasına daxil edilib. Məlumat üçün bildirək ki, layihə iştirakçılarının 20-dən çoxu iş və təcrübə proqramına qoşulmaq üçün müxtəlif şirkətlərdən təkliflər alıb və bu sayın artacağı istisna deyil. Qeyd edək ki, gələcəkdə “PAŞA Bank ilə başla” layihəsinin davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR