“PAŞA Bank Türkiyə” ilin I yarısı üzrə maliyyə hesabatını açıqlayıb

“PAŞA Bank Türkiyə” ilin I yarısı üzrə maliyyə hesabatını açıqlayıb
# 09 avqust 2022 10:53 (UTC +04:00)

“PAŞA Bank Türkiyə” bu ilin birinci yarısı üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin ilk yarısında bankın xalis mənfəəti kəskin artıb.

Belə ki, 2022-ci ilin birinci yarısında bankın faiz gəlirləri 171,965 milyon lirə (2021-ci ilin eyni dövrünə nisbətən 1,8 dəfə çox), faiz xərcləri 92,426 milyon lirə (2,1 dəfə çox), xalis faiz gəlirləri isə 79,539 milyon lirə (1,6 dəfə çox) olub. Bu dövrdə bankın xalis haqq və komissiya gəlirləri 25,412 milyon lirəyə, ticarət gəlirləri 23,820 milyon lirəyə (3,3 dəfə çox), ümumi əməliyyat gəlirləri isə 175,105 milyon lirəyə (2,5 dəfə çox) bərabər olub.

“PAŞA Yatırım Bankası”nın vergidən əvvəlki əməliyyat gəlirləri 3,6 dəfə artaraq 29,867 milyon lirəyə, cari vergi ödəmələri isə 4 dəfə artaraq 24,340 milyon lirəyə çatıb. Son nəticədə bank 2022-ci ilin birinci yarısında 104,276 milyon lirə xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Belə ki, 2021-ci ilin ilk yarısında bank 26,019 milyon lirə xalis mənfəət açıqlamışdı. Bu il iyulun 1-nə bankın cəmi aktivləri 37% artaraq 4,803 milyard lirəyə, cəmi kapitalı 17,6% artaraq 713,014 milyon lirəyə, cəmi öhdəlikləri isə 38,3 % artaraq 4,090 milyard lirəyə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR