“PAŞA Bank”ın İdarə Heyəti tam tərkibdə formalaşıb

“PAŞA Bank”ın İdarə Heyəti tam tərkibdə formalaşıb
# 21 iyul 2022 14:03 (UTC +04:00)

“PAŞA Bank”ın İdarə Heyəti tam tərkibdə formalaşıb.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Belə ki, Bankın Müşahidə Şurasının qərarına əsasən, Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev Bankın İdarə Heyəti sədrinin müavini təyin edilib. Bəhruz Nağıyev yeni təyinatında satış və biznes innovasiyaları istiqamətlərinə rəhbərlik edəcək.

Eyni zamanda “PAŞA Holding” MMC-nin Qrup üzrə Maliyyə və İT Departamentinin direktoru Murad Süleymanov "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı təyin edilib.

Xatırladaq ki, Bəhruz Nağıyev PAŞA Bank komandasına Xəzinədarlığa nəzarət üzrə mütəxəssis qismində 2011-ci ildə qoşulmuşdur, 2013-cü ildə isə o, Menecment İnformasiya sistemi və Büdcə funksiyası üzrə eksperti vəzifəsinə təyin edilmişdir. 2014-cü ildə cənab Nağıyev Xəzinədarlıq və Kapital bazarlar departamentinin direktoru təyin edilmişdir. 29 mart 2018-ci ildə cənab Nağıyev Baş maliyyə İnzibatçısı və İdarə Heyətinin Üzvü təyin edilib.

Murad Süleymanov isə 2011-ci ildə Murad Süleymanov “PAŞA Sığorta” şirkətində Maliyyə departamentinin direktor müavini və 2013-cü ildən direktor vəzifəsinə təyin edilib. 2015-ci ilin noyabr ayından isə M. Süleymanov şirkətinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR