“PAŞA Bank”ın İdarə Heyətinə yeni sədr təyin edilib

“PAŞA Bank”ın İdarə Heyətinə yeni sədr təyin edilib
# 10 iyun 2022 15:34 (UTC +04:00)

“PAŞA Bank”ın İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 9 iyun 2022-ci il tarixindən etibarən Cavid Quliyev “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cavid Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 23 fevral 2016-cı ildə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Cavid Quliyev 12 aprel, 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR