"PAŞA Bank"ın səhmdarlarından biri dəyişib

"PAŞA Bank"ın səhmdarlarından biri dəyişib
# 28 iyun 2022 16:07 (UTC +04:00)

“PAŞA Bank” ASC-nin səhmdarlarından biri dəyişib.

"APA-Economics" Banka istinadən xəbər verir ki, “Ador” MMC-nin 28,17%-lik payını “Bless” MMC əldə edib.

Bankın digər səhmdarları üzrə pay bölgüsü dəyişməyib. Hazırda bankın səhmlərinin 56,82%-i “PAŞA Holdinq” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə aiddir.

Qeyd edək ki, “Ador” MMC “Bless” MMC-ə qoşulmaqla ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR