"PAŞA Bank"ın Türkiyə törəmə şirkətinə kapital investisiyası 22,4 milyon manat dəyərsizləşib

"PAŞA Bank"ın Türkiyə törəmə şirkətinə kapital investisiyası 22,4 milyon manat dəyərsizləşib
# 28 iyun 2022 11:55 (UTC +04:00)

"PAŞA Bank"ın Türkiyə törəmə şirkətinə kapital investisiyası 22,4 milyon manat dəyərsizləşib.

"APA-Economics" xəbər verir ki, bu barədə Bankın keçirdiyi mətbuat konfrasında "PAŞA Bank"ın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev deyib.
O bildirib ki, buna səbəb 2021-ci ildə Türkiyə lirəsinin devalvasiyası olub.

Dəyərsizləşmə zərəri nəzərə alınmadıqda, bankın mənfəəti 97,290 min manat, xərclərin gəlirlərə nisbəti 44,9%, hər işçiyə düşən gəlir 97.24 min manat, xərclərin aktivlərə nisbəti isə 2,0% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR