"PAŞA Bank"ın yeni sədri: "Qarabağda layihələrin maliyyələşdirilməsində iştirak edirik" - FOTO

"PAŞA Bank"ın yeni sədri: "Qarabağda layihələrin maliyyələşdirilməsində iştirak edirik" - FOTO
# 28 iyun 2022 15:20 (UTC +04:00)

APA-Economics” “PAŞA Bank”ın İdarə Heyətinin yeni sədri Cavid Quliyevlə olan müsahibəni təqdim edir.

- Cavid bəy, Azərbaycanda biznes kreditləri üzrə faizlərin yüksək olduğu bildirilir. Hətta Azərbaycan Türkiyə İş Adamları Birliyinin müzakirələrində də bu məsələ önə çıxarılmışdı. Bankların biznesə daha aşağı faizlə maliyyə resursları təklif etməli olduğu bildirilir. “PAŞA Bank”ın təklif etdiyi biznes kreditlərinin faiz dərəcələrində hər hansı dəyişiklik gözlənilirmi?

- Bununla bağlı biz müzakirə apara bilərik. Lirədə verilən kreditlər üzrə faiz dərəcəsi Azərbaycanda manatla verilən biznes kreditlərindən dəfələrlə yüksəkdir. Əslində biz “PAŞA Bank” olaraq üçbucaq strategiyanı nəzərə alıb üç ölkədə - Azərbaycan, Gürcüstan və Türkiyədə ticarət və ya layihə maliyyələşdirməsinə ayrıca baxırıq. Ona görə də “PAŞA Bank Türkiyə” vasitəsilə Türkiyə iş adamlarından Azərbaycana gələnlərə sözsüz ki, ən yaxşı şərtlərlə maliyyələşdirməni təklif etməyə hazır olacağıq. Yenə də, hazırda daha çox ümumi anlayış olaraq yox, konkret layihənin və ya konkret kredit sifarişinin ətrafında müzakirə aparmaq lazımdır. Mərkəzi Bankın statistikası çox gözəl göstərir ki, kredit faiz dərəcələri əslində ya stabildi, ya da aşağı düşüb. Bu səbəbdən iş adamlarının fikirləri ilə razı deyiləm. Fikrimcə, rəqabətə uyğun olaraq Azərbaycanda həm manat, həm də valyuta üzrə faiz dərəcələri çox rəqabətə uyğundur və kifayət qədər aşağı səviyyədədir.

- “PAŞA Bank” həm də Qarabağda bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edir. Söhbət hansı layihələrdən gedir?

- Əslində ötən ildən başlayaraq bilirsiniz ki, Qarabağda əsasən infrastruktur və inşaat layihələri icra olunur. Azərbaycan və Türkiyədən bir sıra şirkətlər, eyni zamanda beynəlxalq şirkətlər burada çox aktiv şəkildə işlərə cəlb olunub. Biz də öz tərəfimizdən maliyyələşdirilmədə iştirak edirik.

- "PAŞA Bank” indiyə qədər Qarabağda layihələrin maliyyələşdirilməsinə nə qədər vəsait ayırıb?

- Bununla bağlı bankın yarımillik nəticələri açıqlanan zaman biz sizinlə konkret rəqəmləri paylaşarıq. Əgər diqqət etsəz, biz inşaat və infrastruktur sahəsində portfelimizi həmişə paylaşırıq.

- Azərbaycanda geniş yayılmasa da “PAŞA Bank” kreditlə yanaşı bir sıra maliyyə xidmətləri, o cümlədən faktorinq xidməti təklif edir. Bu xidmətlərin genişləndirilməsi istiqamətində hansı işlər görülməlidir?

- Bu bazarda biz çox aktiv şəkildə inkişaf etmişik. Hazırda Azərbaycan Banklar Assosiasiyası çərçivəsində İqtisadiyyat Nazirliyi və Mərkəzi Banka tövsiyələr hazırlayırıq. Biz gözləyirik ki, həmin tövsiyyələrin əsasında faktorinq və lizinq kimi məhsullar üzrə bazarda qanunvericilik çərçivəsində dəyişikliklər olsun. Bu baş versə, sözügedən xidmətlərin inkişafına müsbət təkan vermiş olacaq. Həmin təkan da bazarda faktorinqi bir məhsul kimi daha aktiv formada təqdim etməyə imkan verəcək. Hazırda əsas planlar bununla bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR