“PAŞA Həyat” II rübün maliyyə nəticələrini açıqlayıb

“PAŞA Həyat” II rübün maliyyə nəticələrini açıqlayıb
# 02 avqust 2022 15:34 (UTC +04:00)

Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2022-ci il üzrə 2-ci rübün sonuna olan maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.

Təqdim olunan məlumatlara əsasən, ikinci rübün sonuna PAŞA Həyat 57.8 milyon AZN dəyərində olan ümumi kapital həcmi ilə ölkənin lider həyat sığortası şirkəti mövqeyini qorumağa davam edir. Cəmi aktivlərin həcmi isə 495 milyon manat təşkil edib.

“PAŞA Həyat Sığorta” ASC bütün məhsullar üzrə müştərilərinə 69.3 milyon manat sığorta ödənişləri həyata keçirib. Burada iki əsas məhsullar üzrə müştərilərə edilən sığorta ödənişləri belədir: “Həyatın Yaşam sığortası” üzrə 67.6 milyon manat, “İcbari Həyat sığortası” üzrə isə 1 milyon manat.

Qeyd olunan dövr üzrə yığılmış sığorta haqları 195.5 milyon manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur.

Nəticədə audit olunmamış ilkin göstəricilərə əsasən PAŞA Həyat birinci yarımili 12.6 milyon manat cəmi məcmu gəlirlə başa vurub.

Şirkətin strateji planlamasına uyğun olaraq bütün məhsullar üzrə avtomatizasiya və maksimum rəqəmsallaşma işləri gedir, məqsəd müştərilərə daha əlçatan məhsul təqdim etməklə onları məmnun etməkdir. Şirkət artıq mobil tətbiqin hazırlanması üzrə işlərə başlayıb.

Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir.

Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR