"PAŞA Həyat" universitetlərlə əməkdaşlığı uğurla davam etdirir - FOTO

"PAŞA Həyat" universitetlərlə əməkdaşlığı uğurla davam etdirir - FOTO
# 11 noyabr 2022 13:11 (UTC +04:00)

PAŞA Həyat təhsil sahəsində olan töhfəsinin gücləndirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması çərçivəsində universitetlərlə əməkdaşlığı uğurla davam etdirir.

Ölkənin lider həyat sığorta şirkəti olan PAŞA Həyat oktyabr ayı ərzində Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün onların peşəkar inkişafına yönəldilmiş bir sıra tədbirlər təşkil edib və eyni zamanda, həmin universitetlər tərəfindən təşkil olunmuş tədbilərdə də aktiv iştirak edərək tələbələrin gələcək karyera həyatlarına dair dəyərli töhfələr verib.

Belə ki, 20 oktyabr tarixində Azərbaycan Texniki Universitetində və 26 oktyabr tarixində Bakı Dövlət Universitetində baş tutan Karyera Sərgisi tədbirlərinə PAŞA Həyat qatılaraq aktiv vakansiyaları tələbələr və məzunlarla bölüşüb. Həmçinin, 27 oktyabr tarixində PAŞA Həyat Bakı Dövlət Universitetinin tələbələri üçün Marketinq mərkəzinin rəhbəri Ruslan Ələkbərov tərəfindən “Marketing in one day” adlı bilik mübadiləsi sessiyası təşkil olunub.

Universitetlərin təşkil etdiyi tədbirlərlə yanaşı PAŞA Həyat öz təşəbbüsü ilə 22 oktyabr tarixində Bakı Ali Neft Məktəbi ilə olan əməkdaşlıq çərçivəsində sözügedən universitetin tələbələri üçün “Nə? Harada? Nə zaman?” İntellektual oyununu keçirib. Qeyd edək ki, 200-dən çox tələbənin iştirak etdiyi oyunda ümumilikdə 38 komanda yarışıb və nəticədə təşkil edilən intellektual oyun iştirakçı sayına görə rekord nəticə göstərib. Sonda ilk 3 yeri tutan komandalar kuboklar və digər hədiyyələrlə mükafatlandırılıb.

Bundan əlavə, 21 oktyabr tarixində PAŞA Həyat əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrini şirkətin inzibati binasında qonaq qismində qəbul edərək şirkət haqqında ətraflı məlumatları bölüşüb və onları şirkətlə tanış edib.

Əlavə olaraq bildirək ki, “PAŞA Həyat Sığorta” ASC bütün fəaliyyəti dövrü ərzində təhsil sahəsinə və gənc nəslin yetişdirilməsi və təcrübə qazanması prosesinə xüsusi diqqət ayırır. Bu cür tədbirlərin təşkili və həyata keçirilməsi kadr potensialının gücləndirilməsi məqsədini daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR