“PAŞA Kapital"ın Müşahidə Şurasının sədri dəyişib

“PAŞA Kapital"ın Müşahidə Şurasının sədri dəyişib
# 02 fevral 2023 11:07 (UTC +04:00)

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.

"APA-Economics" xəbər verir ki, Bəhruz Nağıyev bu vəzifədə Cavid Quliyevi əvəzləyib. Bəhruz Nağıyev bundan əvvəl investisiya şirkətinin Müşahidə Şurasının üzvü olub. Qeyd edək ki, o, həm də “PAŞA Bank”ın İdarə Heyətinin üzvüdür.

Bundan əlavə, Vüqar Axundov “PAŞA Kapital”ın Müşahidə Şurasına üzv seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR