PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə 20 250 AZN ödəniş edib

PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə 20 250 AZN ödəniş edib
# 07 dekabr 2022 17:37 (UTC +04:00)

PAŞA Sığorta risklərin nəticələrinin minimuma endirilməsində hər zaman müştərilərinin yanında olub. "APA-Economics" xəbər verir ki, sığortalı şirkətə məxsus avtomobil hərəkətdə olan zaman əks yoldan qarşısına çıxan digər bir avtomobil ilə toqquşub. Zərərə uğrayan sığortalı şirkətə PAŞA Sığorta tərəfindən 20 250 AZN məbləğində təminat ödənilib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR