"PAŞA Sığorta" yeni əmlak sığortası kampaniyasına start verib®

"PAŞA Sığorta" yeni əmlak sığortası kampaniyasına start verib®
# 18 yanvar 2022 10:00 (UTC +04:00)

Arzuolunmaz hadisələr nəticəsində yaranan maddi itkilər ilə gözlənilmədən qarşılaşmaq olduqca çətindir. Evinizə dəyə biləcək zərərlərə qarşı "PAŞA Sığorta"nın könüllü əmlak sığortası sizə maddi və mənəvi təhlükəsizlik təmin etməklə yanaşı həm də hədiyyə qazandırır.

Belə ki, "Yaşıl Bakı" könüllü əmlak sığortası məhsuluna daxil olan "Çinar", "Cökə" və "Zeytun" paketlərindən birini əldə edərək həm evinizi sığortalaya, həm də "PAŞA Sığorta"dan hədiyyə olaraq alış-veriş kartı qazana bilərsiniz. "Həm sığortala, həm qazan!" kampaniyamız çərçivəsində müştərilərimiz 99 AZN sığorta haqqı ilə "Çinar", 149 AZN sığorta haqqı ilə "Cökə" və 199 AZN sığorta haqqı ilə "Zeytun" paketini əldə etdikləri zaman, "Bravo" mağazalarından müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində alış-veriş kartını hədiyyə olaraq qazanacaqlar.

Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya //bit.ly/3msFGGG keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, "PAŞA Sığorta"nın rəsmi "Facebook" və "Instagram" sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə "Stabil" səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR