“PAŞA Sığorta"nın rəhbərliyinə yeni təyinat olub

“PAŞA Sığorta"nın rəhbərliyinə yeni təyinat olub
# 17 mart 2023 16:54 (UTC +04:00)

“PAŞA Sığorta” MMC-nin Direktorlar Şurasına yeni üzv seçilib.

Bu barədə "APA-Economics" sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, şirkətin səhmdarlarının qərarı ilə Asəf Hüseynov Direktorlar Şurasına yeni üzvü təyin edilib.

Qeyd edək ki, Asəf Hüseynov 2021-ci ilin mayından “PAŞA Holding”in baş risk inzibatçısıdır.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkətinin nizamnamə kapitalının həcmi 50 milyon manatdır. Şirkətin 100% səhmdarı “PAŞA Holding” MMC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR