“PAŞA Sığorta”nın xalis mənfəəti 29 mln. manatı ötüb

“PAŞA Sığorta”nın xalis mənfəəti 29 mln. manatı ötüb
# 31 mart 2023 10:07 (UTC +04:00)

“PAŞA Sığorta” ASC 2022-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, sığorta şirkətinin xalis mənfəəti ötən il 18,3% artaraq 29.2 mln. manata çatıb. Belə ki, sığorta şirkəti 2021-ci ildə 24.6 mln. manat xalis mənfəət açıqlamışdı.

Hesabat dövründə şirkətin cəmi gəlirləri illik müqayisədə 11.5% faiz artaraq 212.2 mln. manata, cəmi xərcləri isə 8.5% artaraq 173.9 mln. manata yüksəlib. Sığorta şirkətinin ödənişləri 2,6 dəfə artaraq 52.83 mln. manata bərabər olub. Bundan əlavə, “PAŞA Sığorta” ötən il işlərin aparılması xərclərini 21,6% artıraraq 42.78 mln. manata çatdırıb.

Sığorta şirkəti ötən il də böyüməkdə davam edib. Belə ki, bu il yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 15,1% artaraq 274,820 mln. manata, cəmi kapitalı 5,3% artaraq 79,263 mln. manata, cəmi öhdəlikləri isə 19,6% artaraq 195,556 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR