Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 452.7 mln. dollar azalıb

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 452.7 mln. dollar azalıb
# 08 iyun 2023 16:02 (UTC +04:00)

2023-cü ilin birinci rübündə portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 452.7 mln. dollar, xalis maliyyə öhdəlikləri isə 590.2 mln. dollar azalıb.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (40.3 mln. dollar), digər (194.4 mln. dollar) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (5.9 mln. dollar) hesabına artmış, bankların (693.3 mln. dollar) hesabına isə azalıb. Öhdəliklər əsasən bank (6.9 mln. dollar) və neft-qaz (590.1 mln. dollar) sektorlarının hesabına azalmış, dövlət (4.5 mln. dollar ) və digər (2.3 mln. dollar) sektorların hesabına isə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR