“Premium Bank” əmanət tələbini 100 minə qaldırıb, faizləri kəskin azaldıb

“Premium Bank” əmanət tələbini 100 minə qaldırıb, faizləri kəskin azaldıb
# 03 fevral 2023 16:50 (UTC +04:00)

“Premium Bank” əmanətin minimum məbləği ilə bağlı tələbi yeni ildən 5 dəfə artırıb.

"APA-Economics"in bankdan əldə etdiyi məlumata görə, “Premium Bank”a əmanət yerlərdirmək üçün minimum tələb 20 min manatdan 100 min manata kimi artırılıb. Bank həmçinin həm manat, həm də dollar depozitləri üzrə faizləri kəskin azaldıb.

"Premium Bank"ın rəsmi elektron səhifəsində manat depozit faizi hələ də 8% olaraq göstərilib. Bankdan isə bildirilib ki, bu rəqəm 2%-ə endirilib. Bank dollar əmanətləri üzrə faizi isə 2%-dən 1,5%-ə endirib.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları 84,46% payla Zərifə Həmzəyeva, 15,22% payla "VIP Aviation Services" MMC və 0,32% payla Elvira Əhmədovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR