"Premium Bank”ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb

"Premium Bank”ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
# 22 aprel 2022 15:43 (UTC +04:00)

“Premium Bank” 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” bankın hesabatına istinadən xəbər verir ki, “Premium Bank”ın faiz gəlirləri 7,4% azalaraq 7,686 milyon manata, faiz xərcləri isə 50,2% azalaraq 2,476 milyon manata enib. Faiz xərclərinin kəskin azalması hesabına bankın xalis faiz gəlirləri 1,5 dəfə artaraq 5,211 milyon manat təşkil edib.
Hesabat dövründə, bankın qeyri-faiz gəlirləri 31% artaraq 3 541 milyon manat, qeyri-faiz xərcləri isə 1,2% azalaraq 6,602 milyon manata bərabər olub.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 757 min manat ayrıldıqdan sonra “Premium Bank”ın xalis mənfəəti 1,393 milyon manat təşkil edib. Bununla belə, bankın xalis mənfəəti ötən ilin birinci rübünə nisbətən 3,8 dəfə azdır. Qeyd edək ki, 2021-ci ilin eyni dövründə bank 5,345 milyon manat xalis mənfəət əldə etmişdi.
İlin əvvəli ilə müqayisədə bankın aktivləri 13,5% azalaraq 657,651 milyon manata düşüb. Bu dövrdə bankın kredit portfeli də 4,2% kiçilərək 486,291 milyon manata bərabər olub.
Hesabat dövründə bankın öhdəliklərinin ümumi həcmi 476,555 milyon manata, cəmi kapitalı isə 181,096 milyon manata düşüb. Bu isə müvafiq olaraq 17% və 2,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR