Putin: "Ölkələrin dollara inamı itib"

Putin: "Ölkələrin dollara inamı itib"
# 07 sentyabr 2022 12:39 (UTC +04:00)

Ölkələr tədricən hesablaşma və ehtiyat valyutaları kimi dollar, avro, funt sterlinqə inamını itirir və onlardan istifadədən uzaqlaşırlar.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.
“Qərb ölkələri tarixin axarına müqavimət göstərmək cəhdi ilə dünya iqtisadi sisteminin əsrlər boyu qurulmuş əsas sütunlarını sıradan çıxarıblar. Gözümüzün qabağında hesablaşmalar aparmaq, ehtiyat saxlamaq, aktivləri təqdim etmək mümkün olan valyutalar kimi dollara, avroya və funt sterlinqə olan inam itib. Və biz bu cür etibarsız, güzəştə gedən valyutaların istifadəsindən addım-addım uzaqlaşırıq”, - deyə o vurğulayıb.

Putin qeyd edib ki, hətta ABŞ-ın müttəfiqləri də öz dollar ehtiyatlarını tədricən azaldır: "Bunu statistik rəqəmlərdən də görmək olar. Həm dollarla hesablaşmaların həcmi, həm də əmanətlərin həcmi getdikcə azalır".

O xatırladıb ki, bir gün əvvəl “Qazprom” və onun çinli tərəfdaşları qaz tədarükü üçün ödəniş edərkən rubl və yuana 50/50 nisbətində keçmək qərarına gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR