Azad edilmiş ərazilərin bərpası üçün xərclər 2260 milyon manat artırılır

Azad edilmiş ərazilərin bərpası üçün xərclər 2260 milyon manat artırılır
# 30 may 2023 14:19 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclər 2260,0 milyon manat artırılır.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsində əksini tapıb.

Artımdan sonra bu xərc 5260,0 milyon manat məbləğində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR