Qazaxıstandakı hadisələr fonunda uran 8% bahalaşıb

Qazaxıstandakı hadisələr fonunda uran 8% bahalaşıb
# 06 yanvar 2022 09:55 (UTC +04:00)

Qazaxıstanda davam edən etirazlar fonunda qlobal ticarət platformalarında uranın qiyməti təxminən 8% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" dünya bazarlarında uran qiymətlərini izləyən ixtisaslaşmış "UxC" platformasına istinadən xəbər verir.

"UxC" bildirir ki, uranın 1 funtunun qiyməti 45,25 ABŞ dollarına çatıb, bu da günlük müqayisədə 8% çoxdur.

Bundan əlavə, təbii uranın hasilatı ilə məşğul olan Qazaxıstanın "Kazatomprom" şirkətinin səhmləri London birjasında 8,8% ucuzlaşıb.

Qeyd edək ki, qlobal uran istehsalının təxminən 40%-i Qazaxıstanın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR