QDTİB: Azərbaycanda daha çox KOB-ların maliyyələşdirilməsinə diqqəti artırmalıyıq

QDTİB: Azərbaycanda daha çox KOB-ların maliyyələşdirilməsinə diqqəti artırmalıyıq
# 24 iyun 2022 12:10 (UTC +04:00)

"Azərbaycanda daha çox kiçik və orta biznesin maliyyələşdirilməsi, həm də yerli birjaların təkmilləşdirilməsinə diqqəti artırmalıyıq".

"APA-Economics" xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu” adlı konfransında QDTİB-in vitse-prezidenti Hasan Demirhan deyib.

O bildirib ki, artıq belə bir təcrübə var. Belə ki, QDTİB 2019-cu ildə yerli valyutanın dəstəklənməsinə yönəldilmiş istiqraz buraxıb.

Hasan Demirhan həmçinin əlavə edib ki, QDTİB yerli maliyyə və kiçik və orta sahibkarlıq təşkilatları ilə əməkdaşlığı davam etdirmək istəyir: "Neft sahəsi üzrə maliyyə resurslarına çıxış imkanları genişdir. Amma kiçik və orta sahibkarlıq üçün, bu, belə deyil. Ona görə də bu biznesləri maliyyə resursları ilə təmin edə bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR