Qeyri neft-qaz sektoruna yatırımlar 14%-ə yaxın artıb

Qeyri neft-qaz sektoruna yatırımlar 14%-ə yaxın artıb
# 17 yanvar 2023 14:25 (UTC +04:00)

2022-ci ildə əsas kapitala 18272,3 milyon manat məbləğində, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artıb. İstifadə olunmuş vəsaitin 10611,3 milyon manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14718,9 milyon manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil edib.

Bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 13461,5 milyon manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,0 faiz təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR