Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 27%-dən çox artıb

Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 27%-dən çox artıb
# 23 yanvar 2023 13:52 (UTC +04:00)

2022-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15541,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 3801,5 mln. manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7012,3 mln. manat və ya 82,2 faiz çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, həmin vəsaitin 52,0 faizi və ya 8082,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 362,8 mln. manat və ya 4,7 faiz, 2021-ci illə müqayisədə isə 1739,9 mln. manat və ya 27,4 faiz çox olub.

Həmçinin, neft-qaz sektoru üzrə isə təmin edilmiş vergi daxilolmaları 7458,7 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 3438,7 mln. manat və ya 85,5 faiz, 2021-ci illə müqayisədə isə 5272,4 mln. manat və ya 3,4 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR