Qeyri-neft sektoruna birbaşa investisiyaların məbləği 2,4 dəfə artıb

Qeyri-neft sektoruna birbaşa investisiyaların məbləği 2,4 dəfə artıb
# 15 sentyabr 2022 16:53 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın birbaşa xarici investisiyalar formasında xaricdən cəlb etdiyi sərmayələrin ümumi məbləği 3.2 mlrd. ABŞ dolları olub.

APA-Economics” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 65.9% təşkil edib.
2022-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-3 122.4 mln. dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunan investisiya ilə (2 122.9 mln. dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (5 245.3 mln. dollar əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunan birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artaraq 1 097.7 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR