Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar 2022-ci il və növbəti illərdə artacaq

Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar 2022-ci il və növbəti illərdə artacaq
# 10 avqust 2022 11:58 (UTC +04:00)

Son on ildə Azərbaycanın qeyri-neft sektoruna cəlb edilən birbaşa xarici investisiyaların həcmi 10 milyard ABŞ dollarından çox olub. 2022-ci il və növbəti illərdə birbaşa xarici investisiyaların həcmi artmaqda davam edəcək.

Bunu "APA"ya açıqlamasında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.

O bildirib ki, birbaşa xarici investisiyaların təşviqi strategiyasında müəyyən rəqəmlər nəzərdə tutulub: " Bu rəqəmlər illər üzrə bölünüb, rəqəmlərdə konyuktura uyğun olaraq müəyyən korrektələr ola bilər. Ortalama olaraq cəlb edilən birbaşa xarici investisiyalar illik 1 milyard dollar civarındadır".

Yusif Abdullayev qeyd edib ki, Azərbaycanda birbaşa xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır və bu strategiyanın da bu il ərzində qəbul edilməsini gözlənilir: "Strategiyada investisiya yatırılması gözlənilən sahələri müəyyənləşdirir. Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri çərçivəsində sənaye zonaları, sənaye parkları yaradılıb. Bu da bizə imkan verir ki, xaricdən rahatlıqla investorları ölkəyə cəlb edək. Bu sənaye zonalarında investorlar üçün şərait yaxşıdır, rəqabətlidir. Biz investorlara yaxşı şərait təklif edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR