Qeyri-neft sektoruna yönələn investisiyalarının həcmi 10%-dən çox artıb

Qeyri-neft sektoruna yönələn investisiyalarının həcmi 10%-dən çox artıb
# 22 aprel 2022 12:43 (UTC +04:00)

Yanvar-mart aylarında Azərbaycanda qeyri-neft sektoruna yönələn investisiyaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 10,1% artaraq 1 442,5 mln. manat olub.
APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, qeyri-neft sektorunda investisiya fəallığı bu sahəyə yönəldilən vəsaitlərin həcminə müsbət təsir göstərib.
Qeyd olunub ki, bu ilin birinci rübündə illik ifadədə informasiya və rabitə xidmətləri 14,7% artaraq 604,4 mln. manat, əhalinin kommunal gəlirləri isə 18,9% artaraq 16 000,5 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR