Qida texnologiyası şirkətlərinin qlobal dəyəri 2015-ci ildən bəri 6 dəfə artıb

Qida texnologiyası şirkətlərinin qlobal dəyəri 2015-ci ildən bəri 6 dəfə artıb
# 02 dekabr 2021 13:38 (UTC +04:00)

Yeni qida texnologiyaları ("foodtech") ilə məşğul olan şirkətlərin qlobal dəyəri 2015-ci ildən bəri 6 dəfə artıb və 2020-ci ildə 1,3 trln. ABŞ dollarına çatıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu

"Dealroom" (Niderland) tədqiqat şirkətinin təsisçisi, "foodtech" sahəsinin aparıcı analitiki

İvan Draqanov bildirib.

"Qlobal qida texnologiyası ekosistemi 2015-ci ildən bu yana 6 dəfədən çox – 1,3 trln. dollaradək artıb. Lakin diqqətlə baxsanız, bu həcm əsasən çatdırılma və logistika şirkətləri tərəfindən yaradılıb (təqdimata əsasən, bu göstərici 2018-ci illə müqayisədə 2,9 dəfə artaraq 859 mlrd. dollar təşkil edib)", - deyə Draqanov bildirib.

Eyni zamanda, "yeni məhsulların" istehsalı 5,3 dəfə artaraq 361 mlrd. dollara çatıb.

Analitikin sözlərinə görə, xüsusilə son iki ildə qida texnologiyalarına qoyulan investisiyaların həcmi artır.

Xatırladaq ki, bu sektorun əhəmiyyəti təkcə qidaya artan tələbat hesabına deyil, həm də kənd təsərrüfatının ətraf mühitin çirklənməsinə təsiri ilə bağlı problemlərin həlli zərurəti ilə əlaqədar olaraq artır. Belə ki, heyvan zülalının ona daha az təsiri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR