Qiymətli kağızlar bazarı 23,7% böyüyüb

Qiymətli kağızlar bazarı 23,7% böyüyüb
# 10 may 2022 17:43 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin birinci rübü üzrə qiymətli kağızlar bazarının icmal göstəricilərini açıqlayıb.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında qiymətli kağızlar bazarının həcmi 5 milyard 284.1 milyon (ötən ilin eyni dövrünə nisbətən 23,7% çox) manat təşkil edib.

Bazarın 2 milyard 858.1 milyon manatını ilkin, 2 milyard 426 milyon manatını təkrar bazar təşkil edib. Bu da 2021-ci ilin eyni dövrünə nisbətən müvafiq olaraq 2,7% və 62,9% çoxdur.

Hesabat dövründə, qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 51,8 %-i dövlət qiymətli kağızlarının, 7,7 %-i korporativ qiymətli kağızların, 40,5 %-i isə repo əməliyyatlarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR