Qlobal dövlət xərcləri 3-6% artacaq - WEF

Qlobal dövlət xərcləri 3-6% artacaq - WEF
# 13 yanvar 2022 12:24 (UTC +04:00)

Ölkələrin xalis sıfır karbon emissiyasına keçidi fonunda dövlət xərcləri 2050-ci ilədək 3-6% arta bilər.

"APA-Economics"in Dünya İqtisadi Forumu (World Economic Forum – WEF) qeyri-hökumət təşkilatının yeni hesabatına istinadən verdiyi məlumata görə, dövlət satınalmaları ilə bağlı bütün CO2 tullantılarının təxminən 40%-i hər ton üçün 15 dollardan az xərclə azaldıla bilər, lakin bu məbləğ sektordan sektora fərqlənir. Bu halda, daha "yaşıl" satınalmalar dövlət xərclərini 3-6% (300-450 mlrd. dollar) artıracaq.

Tədqiqatlara görə, qlobal dövlət satınalmaları karbon emissiyalarının təxminən 7,5 mlrd. tonunu təşkil edir. Onların əksəriyyəti (70-75%) altı sənayenin payına düşür: müdafiə və təhlükəsizlik (1,3 mlrd. ton), nəqliyyat (900 mln. ton), tullantıların idarə edilməsi xidmətləri (900 mln. ton), tikinti (900 mln. ton), sənaye (600 mln. ton) və mənzil-kommunal təsərrüfatı (600 mln. ton). Eyni zamanda, qeyd edilir ki, ilk iki seqment dövlət tələbatın 90%-ni və 60%-ni təşkil edir.

Qeyd edilir ki, "yaşıl" dövlət satınalmalarına keçid özəl sektordan əlavə investisiyaları stimullaşdıracaq və yeni iş yerləri yaradacaq. Belə ki, 2050-ci ilə qədər bu cür investisiyaların ümumi həcminin təxminən 4 trln. dollar, yeni iş yerlərinin sayının isə 3 mln. çatacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR